Odlar.media xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Aktrisa “İki başlı” proqramında qonaq olarkən ömrü boyu avtomobil idarə etmədiyini və sürücülü avtomobildən istifadə etməyə üstünlük verdiyini bildirib.
“Ömrümdə maşın sürməmişəm, sürə də bilmirəm. Bir dəfə Fərda Xudaverdiyev və Nicat Rəhimovla çəkildiyim filmdə maşın sürdüyüm səhnə var idi. Avtomobil hərəkətdə idi, qarşıdan da maşınlar gəlirdi. Maşının sahibinin rəngi ağarmışdı. Fərda tez müdaxilə etdi. Həm qorxuram, həm də avtomobil sürmək mənə maraqlı deyil. Sürücünün olması mənə daha rahatdır. Harada saxlamaq olar, harada olmaz, hündürdaban ayaqqabı ilə gəzmək… Bunlar mənlik deyil”, – deyə o bildirib.
Dilarə Əliyeva ev işlərinə də çox vaxt ayırmadığını etiraf edib. Onun sözlərinə görə, uzun müddətdir mətbəxə girmir və bazarlıq etmir.
“Çoxdandır mətbəxə girmirəm. Vaxtım olmur. İnanın ki, saçımı daramağa belə vaxt tapmıram. Saçımı yalnız salonda fenlətdirirəm. Bazarlığı da özüm etmirəm. Sürücümüz var, bütün alış-verişi o edir. Artıq 20 ildən çoxdur ki, bazarlığı o həyata keçirir”, – deyə aktrisa əlavə edib.
