🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 00:18   •   🌡️ Bakı

Siyavuş Novruzov torpaq konsolidasiyası qanununda vərəsəlik məsələlərinin dəqiq tənzimlənməsini təklif edib

Odlar.media xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə bağlı qanun layihəsində vərəsəlik məsələlərinin və tətbiq mexanizmlərinin daha ətraflı tənzimlənməsinin vacibliyini bildirib.
Deputat bunu parlamentin iyulun 10-da keçirilən plenar iclasında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Siyavuş Novruzov qeyd edib ki, torpaqlar birləşdirildikdən sonra gələcəkdə yaranacaq vərəsəlik münasibətləri də qanunvericilikdə nəzərə alınmalıdır.
Onun sözlərinə görə, torpaq sahibinin bir neçə varisi olduğu halda həmin əmlakın sonradan hansı qaydada bölüşdürüləcəyi mülki hüquqda aydın şəkildə öz əksini tapmalıdır.
Komitə sədri əlavə edib ki, Almaniya və digər inkişaf etmiş ölkələrin torpaq konsolidasiyası sahəsində təcrübəsi öyrənilməli, bu sahədə tətbiq olunan mexanizmlər və davamlı idarəetmə modeli nəzərə alınmalıdır.
Siyavuş Novruzov vurğulayıb ki, torpaqların konsolidasiyası kənd təsərrüfatında səmərəliliyin artırılmasına, ərzaq bolluğunun yaradılmasına və ölkənin ərzaq təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə xidmət edəcək.