XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:06:03 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Abbas Əraqçi Hakan Fidan, Bədr əl-Busaidi və Asim Munirlə regiondakı vəziyyəti müzakirə edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyənin xarici işlər naziri Hakan Fidan, Omanın xarici işlər naziri Bədr əl-Busaidi, eləcə də Pakistan Quru Qoşunlarının komandanı – Müdafiə Qüvvələrinin rəisi feldmarşal Seyid Asim Munirlə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidanla söhbət zamanı regionda baş verən son hadisələr və atəşkəslə bağlı mövcud vəziyyət müzakirə olunub.
Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə telefon danışığında isə Hörmüz boğazında yaranmış vəziyyət və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər regional problemlərin həlli, gərginliyin artmasının qarşısının alınması məqsədilə diplomatik imkanlardan istifadənin, həmçinin təmas və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Abbas Əraqçi Pakistan Quru Qoşunlarının komandanı, feldmarşal Seyid Asim Munirlə də ABŞ–İran gərginliyindən sonra regionda yaranmış son vəziyyəti müzakirə edib.

Etiketlər: