🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:43   •   🌡️ Bakı

ABŞ İrana yeni hərbi zərbələr endirdi: Məqsəd Hörmüz boğazındakı təhdidləri zəiflətməkdir

Odlar.media xəbər verir ki, ABŞ Silahlı Qüvvələri İrana qarşı yeni hərbi əməliyyatlara başlayıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, Ali Baş Komandanın göstərişi əsasında CENTCOM qüvvələri Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etmək imkanlarını daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə zərbələr endirir.
Məlumatda qeyd olunub ki, əməliyyatın əsas məqsədi İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyi idarə etmək və ona təhdid yaratmaq imkanlarını məhdudlaşdırmaqdır.