Odlar.media xəbər verir ki, ABŞ administrasiyası Suriyanın terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarılması prosesinə başlayıb.
ABŞ dövlət katibi Marko Rubio yazılı açıqlamasında bildirib ki, Prezident Donald Tramp bununla bağlı Konqresi rəsmi şəkildə məlumatlandırıb.
Rubionun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, qərarın qüvvəyə minməsi üçün Konqres administrasiyanın təqdim etdiyi məlumatları 45 gün ərzində araşdıracaq. Bu müddət ərzində Konqres üzvləri Suriyanın siyahıdan çıxarılması üçün kifayət qədər hüquqi və siyasi əsasların olub-olmadığını qiymətləndirəcəklər.
Dövlət katibi vurğulayıb ki, Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi beynəlxalq ticarət və investisiyaların genişlənməsi üçün yeni imkanlar yarada bilər.
