🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 00:16   •   🌡️ Bakı

Şarjadan Kəraçiyə uçan yük təyyarəsi radarlardan itdi

Odlar.media xəbər verir ki, göyərtəsində 5 nəfərin olduğu “Boeing 737” yük təyyarəsi Şarja–Kəraçi reysi zamanı aviadispetçerlə əlaqəni itirib.
Pakistan mətbuatının yaydığı məlumata görə, təyyarə ilə radar və rabitə əlaqəsi Kəraçidən təxminən 155 dəniz mili qərbdə kəsilib.
Pakistanın aviasiya orqanları bildiriblər ki, ekipaj mühərrikdə nasazlıq yarandığını dispetçerlərə məlumat verdikdən sonra təyyarə radarlardan itib.
Hadisənin səbəblərinin araşdırıldığı bildirilir. Təyyarənin taleyi ilə bağlı hələlik rəsmi əlavə məlumat açıqlanmayıb.