🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 00:17   •   🌡️ Bakı

ABŞ İranda 80-dən çox hədəfi vurdu: CENTCOM əməliyyatın səbəbini açıqladı

Odlar.media xəbər verir ki, ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirdiyi yeni silsilə zərbələri başa çatdırıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, Mərkəzi Komandanlığın qüvvələri yüksək dəqiqlikli sursatlardan istifadə etməklə 80-dən çox hədəfə zərbələr endirib.
CENTCOM əməliyyatın İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı son hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.
Qeyd edək ki, iyulun 8-nə keçən gecə ABŞ hərbçiləri İran ərazisində bir sıra hədəflərə zərbələr endirib. Məlumata əsasən, partlayışlar Hörmüz boğazında yerləşən Qeşm adasında, eləcə də İranın cənubundakı Xarq adasında qeydə alınıb.
Bununla yanaşı, İranın Bəndər-Abbas və Sirik şəhərlərində də bir neçə partlayışın baş verdiyi bildirilir. Hadisələrlə bağlı rəsmi Tehran hələlik geniş açıqlama verməyib.