Odlar.media xəbər verir ki, Macarıstanın dövlət mediasının yeni rəhbərliyi M1 xəbər telekanalının və Kossuth radiosunun yayımını müvəqqəti dayandırıb.
Bu barədə Macarıstan Dövlət Media Aktivlərinin Dəstəklənməsi və İdarə Olunması Fondunun (MTVA) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hər iki media qurumu fəaliyyətini hökumət təbliğatının yer almayacağı yeni yayım formatında bərpa edəcək.
Açıqlamada bildirilib ki, son illərdə ictimai yayım siyasi hakimiyyətin təsiri altına düşərək əsas missiyasını – cəmiyyətə obyektiv və etibarlı məlumat çatdırmaq funksiyasını itirib.
M1 telekanalının efirində qara fonda belə bir mesaj yayımlanıb: “İctimai televiziya yalan danışa bilməz. Uzun illər bunu etdiyimiz üçün üzr istəyirik. İctimai televiziya gələcəkdə müstəqil və etibarlı media qurumuna çevriləcək. Xəbər yayımı müvəqqəti dayandırılıb”.
Macarıstanın Baş naziri Peter Madyar bu qərarı alqışlayaraq onu “tarixi gün” adlandırıb.
