🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Argentina möhtəşəm geridönüşlə 1/4 finala yüksəldi – Messi həlledici qolu vurdu

 

Odlar.media xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Son dünya çempionu Argentina millisi Misir yığması ilə qarşılaşıb. Atlanta şəhərində keçirilən gərgin mübarizə argentinalıların 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı Misir millisi açıb. Yasser İbrahim 15-ci dəqiqədə komandasını hesabda önə keçirib. İkinci hissədə Mustafa Ziko 67-ci dəqiqədə fərqlənərək Misirin üstünlüyünü iki topa çatdırıb.
Lakin Argentina yığması qısa müddətdə oyunun gedişatını dəyişməyi bacarıb. Kristian Romero 79-cu dəqiqədə fərqi azaldıb, Lionel Messi 83-cü dəqiqədə hesabı bərabərləşdirib. Əlavə olunmuş vaxtın üçüncü dəqiqəsində Enzo Fernandesin vurduğu qol Cənubi Amerika təmsilçisinə əzmkar qələbə və 1/4 final vəsiqəsi qazandırıb.
1/8 final mərhələsinin son qarşılaşması iyulun 8-nə keçən gecə İsveçrə və Kolumbiya milli komandaları arasında keçiriləcək. Vankuverdəki “BC Place” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq və bununla da 1/4 finalın sonuncu iştirakçısı müəyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya və Belçika yığmaları 1/4 finala yüksəlib.
Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.