XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:56:10 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Böyük Qayıdış davam edir: Xocavəndə daha 163 nəfər köçürüldü

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Böyük Qayıdış Proqramı çərçivəsində Xocavənd şəhərinə növbəti köç karvanı çatıb.
Bu gün şəhərə 41 ailənin, ümumilikdə 163 nəfərin daimi məskunlaşması təmin edilib. Beləliklə, uzun illər doğma yurd həsrəti yaşayan ailələr Xocavəndə qayıdaraq yeni həyatlarına başlayıblar.
Doğma ocaqlarına dönən sakinləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri qarşılayıblar.

Etiketlər: