🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:35   •   🌡️ Bakı

Sabah hava necə olacaq? Bəzi rayonlarda leysan və dolu gözlənilir

Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 8-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər saatlarında yarımadanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Paytaxtda havanın temperaturu gecə 19-22, gündüz isə 26-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi şimal və qərb rayonlarında yağıntıların daha da güclənəcəyi proqnozlaşdırılır. Dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.