Odlar.media xəbər verir ki, pop, estrada, retro və xalq mahnılarının mahir ifaçısı, istedadlı müğənni Vasif Şahbazov repertuarını daha bir musiqi işi ilə zənginləşdirib. Sənətçi musiqisi özünə, sözləri isə Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı Fuad Biləsuvarlıya məxsus olan “Biləsuvar” mahnısını yeni aranjimanda dinləyicilərinin ixtiyarına verib.
Yeni aranjiman mahnıya daha müasir nəfəs qazandırmaqla yanaşı, onun milli ruhunu və bədii-estetik dəyərini də qoruyub saxlayıb. Musiqi əsərində Biləsuvarın zəngin tarixi, qəhrəmanlıq salnaməsi, seyid ocaqları, ziyalıları və doğma yurdun mənəvi dəyərləri yüksək poetik dillə tərənnüm olunub.
Vətənə, doğma yurda və milli-mənəvi irsə bağlılığı əks etdirən “Biləsuvar” mahnısının yeni təqdimatı dinləyicilər tərəfindən maraqla qarşılanıb. Müasir aranjiman və emosional ifa əsərin təsir gücünü daha da artıraraq onu geniş auditoriya üçün cəlbedici edir.
Qeyd edək ki, Vasif Şahbazov uzun illərdir pop, estrada, retro və xalq musiqisi janrlarında özünəməxsus ifa tərzi ilə dinləyicilərin rəğbətini qazanan sənətçilərdəndir.
Buyurun, “Biləsuvar” mahnısını bu linkdən dinləyə bilərsiniz. Xoş dinləmələr!
Hazırladı: Odlar.media
