🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:25   •   🌡️ Bakı

CNN: Tramp NATO-nun Ankara sammitinə Ərdoğana hörmət əlaməti olaraq qatılacaq

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak qərarını əsasən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan hörmətinə görə verib.
Bu barədə CNN telekanalı məlumatlı mənbələrə istinadən xəbər yayıb. Bildirilir ki, Tramp daha əvvəl də Türkiyə liderini dostu hesab etdiyini açıq şəkildə ifadə edib.
Mənbələrin sözlərinə görə, ABŞ prezidentinə və komandasının üzvlərinə qeyri-rəsmi şəkildə çatdırılıb ki, sammitdə iştirakdan imtina edilməsi Ankara tərəfindən Prezident Ərdoğana qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər.
Məlumatda qeyd olunur ki, Tramp əvvəlcədən NATO müttəfiqləri ilə keçiriləcək görüşə skeptik yanaşırdı. Buna səbəb isə Vaşinqtonun İranla mümkün qarşıdurması fonunda alyans üzvlərinin əksəriyyətinin ABŞ-a lazımi dəstəyi verməməsindən narazı qalması olub.
CNN-in mənbələri bildiriblər ki, Trampın hazırkı əhval-ruhiyyəsi nəzərə alındıqda, sammitin tamamilə problemsiz keçəcəyinə əmin olmaq çətindir.