XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:04:38 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanda leysan yağışları davam edir: bəzi rayonlarda yağıntının miqdarı açıqlandı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycanın bəzi bölgələrində hava şəraiti qeyri-sabit olaraq qalır. Milli Hidrometeorologiya Xidmətinin iyulun 6-sı saat 11:00-a olan məlumatına əsasən, ölkənin ayrı-ayrı ərazilərində şimşək çaxır, yağış yağır, bəzi yerlərdə isə yağıntılar qısamüddətli leysan xarakteri daşıyır.

Məlumata görə, yağıntının ən çox qeydə alındığı ərazilər Xızı (20 mm), Xaltan (18 mm) və Lerik (15 mm) olub. Həmçinin Şuşa və Şahdağda 4 mm, Kəlbəcər və Füzulidə 2 mm yağıntı düşüb.

Bundan əlavə, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qusar, Tərtər, Yardımlı, Astara, Ağdam, Zəngilan, Laçın, Qubadlı, Xankəndi və Xocalıda 1 mm yağıntı qeydə alınıb.

Etiketlər: