🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Kiyevə kütləvi hava hücumu: ölənlərin sayı 7-yə, yaralıların sayı 24-ə çatdı

Odlar.media xəbər verir ki, Rusiya ordusu iyulun 6-na keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyevə intensiv hava hücumu həyata keçirib.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko özünün “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücumlar nəticəsində paytaxtın Podol və Qoloseyev rayonlarında ciddi dağıntılar qeydə alınıb. Kütləvi raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən zərbələr zamanı ilkin məlumata əsasən, 3 nəfərin həlak olduğu və 10 nəfərin yaralandığı bildirilirdi.
Lakin axtarış-xilasetmə işlərinin davamı zamanı dağıntılar altından əlavə meyitlərin çıxarılması nəticəsində ölənlərin sayı 7 nəfərə yüksəlib. Son məlumatlara görə, xəsarət alanların sayı isə 24 nəfərə çatıb.
Hadisə yerində xilasedicilər və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.