🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:33   •   🌡️ Bakı

Bakının dörd rayonunda suyun verilişində müvəqqəti fasilə olacaq

Odlar.media xəbər verir ki, Bakının Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, su xətti üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə təmir işləri aparılacaq.
Qeyd olunub ki, bununla əlaqədar olaraq 2026-cı il iyulun 3-də günorta saatlarınadək adıçəkilən rayonların bəzi ərazilərinə içməli suyun verilişi müvəqqəti dayandırılacaq.
Agentlik sakinlərdən yaranan müvəqqəti narahatlığa görə anlayış göstərmələrini xahiş edib.