XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:52:11 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Qərbi Zəngəzurda yaralı vəziyyətdə tapılan ağbaş kərkəs müalicəyə götürülüb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Qərbi Zəngəzur bölgəsində xilasedicilər tərəfindən yaralı halda aşkar edilən ağbaş kərkəs mütəxəssislərə təhvil verilib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Xidməti məlumat yayıb. Bildirilib ki, nadir quş növü Sisian rayonunun yaşayış məntəqələrindən birində tapılıb.
Məlumata əsasən, Ermənistanın Qırmızı Kitabına daxil edilmiş ağbaş kərkəs ilkin yardım göstərildikdən sonra İrəvana aparılıb. Quş burada baytar müayinəsindən keçirilib və müalicəyə cəlb olunub.
Rəsmi məlumatda qeyd olunub ki, müalicə prosesi davam edir və quşun səhhətində müsbət dinamika müşahidə olunur.

Etiketlər: