🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:31   •   🌡️ Bakı

Goranboyda həkim qadın göldə boğularaq ölüb

Odlar.media xəbər verir ki, Goranboy rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Səfikürd kəndi ərazisində yerləşən göldə qeydə alınıb. İlkin məlumata görə, 1973-cü il təvəllüdlü Sevda Nəbiyeva göldə batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilib ki, Sevda Nəbiyeva Goranboy Rayon Təcili Tibbi Yardım Stansiyasında həkim vəzifəsində çalışıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.