🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Azərbaycanda bəzi qatarların hərəkət qrafiki dəyişdirildi

Odlar.media xəbər verir ki, sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması məqsədilə Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlində dəyişiklik edilib.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin yaydığı məlumata görə, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq.
Yeni qrafikə əsasən, həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə gündəlik 84 reys həyata keçiriləcək. Şənbə və bazar günləri isə qatarlar əvvəlki hərəkət cədvəlinə uyğun fəaliyyət göstərəcək.
Bununla yanaşı, iyulun 1-dən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə də qatarların yola düşmə vaxtı dəyişdirilib. Yenilənmiş cədvələ əsasən, qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) hərəkət edəcək.
Sərnişinlər qatarların yenilənmiş hərəkət qrafiki ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi internet səhifəsində tanış ola bilərlər.