Odlar.media xəbər verir ki, Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Şairin köməkçisi Arif Mehmandostun verdiyi məlumata görə, hazırda Nəriman Həsənzadənin vəziyyətində əvvəlki günlərlə müqayisədə müsbət irəliləyiş müşahidə olunur.
Onun sözlərinə görə, Xalq şairi hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir və müalicəsi davam etdirilir.
“Hazırda vəziyyəti stabildir. Süni tənəffüs aparatına qoşulub. Həkimlərin bildirdiyinə görə, səhhətində müəyyən irəliləyiş müşahidə olunur. Lakin hələlik evə buraxılması və ya palataya köçürülməsi ilə bağlı danışmaq tezdir. Müalicə prosesi davam edir və ümid edirik ki, yaxın günlərdə daha müsbət nəticələr əldə olunacaq”, – deyə Arif Mehmandost bildirib.
