Odlar.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Ukraynaya qarşı genişmiqyaslı müharibənin 1588-ci günü üzrə itkiləri barədə yenilənmiş məlumat yayıb.
Məlumata görə, Rusiya indiyədək müharibədə 1 milyon 403 min 550 hərbçi itirib. Həmçinin, Rusiya ordusunun itkiləri sırasında 12 min 67 tank, 24 min 851 zirehli döyüş maşını və 45 min 40 artilleriya sistemi yer alır.
Ukrayna Baş Qərargahının açıqladığı statistikaya əsasən, Rusiya Silahlı Qüvvələri bundan əlavə 1 901 reaktiv yaylım atəş sistemi, 1 455 hava hücumundan müdafiə sistemi, 436 hərbi təyyarə və 353 helikopter itirib.
Məlumatda qeyd olunur ki, müharibə dövründə Rusiya ordusuna məxsus 381 min 176 pilotsuz uçuş aparatı (PUA), 4 min 797 qanadlı raket, 114 min 104 avtomobil texnikası və yanacaq daşıyan vasitə, eləcə də 4 min 368 xüsusi texnika məhv edilib.
Bununla yanaşı, Ukrayna tərəfi Rusiyanın 1 777 yerüstü robot-texnika kompleksi, 33 gəmi və kater, həmçinin 2 sualtı qayıq itirdiyini bildirib.
Qeyd edək ki, müharibə şəraitində tərəflərin açıqladığı itki statistikalarını müstəqil mənbələr vasitəsilə operativ şəkildə təsdiqləmək həmişə mümkün olmur.
