🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

ABŞ dollarının məzənnəsi sabit qaldı – AMB-nin bugünkü valyuta kursları açıqlandı

Odlar.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
Rəsmi məzənnələrə görə, avronun məzənnəsi 1,9324 manat, Türkiyə lirəsinin məzənnəsi isə 0,0365 manat səviyyəsində müəyyənləşdirilib. 100 Rusiya rublunun rəsmi məzənnəsi isə 2,2735 manat təşkil edir.
Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan məzənnələr hər iş günü yenilənir və ölkədə valyuta əməliyyatları üçün əsas göstərici hesab olunur.