🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:31   •   🌡️ Bakı

Fiziki tərbiyə müəllimi Fuad Kərimov sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərib – 54 bal

Odlar.media xəbər verir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində məktəb-liseyin fiziki tərbiyə müəllimi Fuad Kərimov uğurla iştirak edərək yüksək nəticə əldə edib. Belə ki, Fuad müəllim imtahanda 54 bal toplayaraq öz peşəkarlığını və bilik səviyyəsini bir daha nümayiş etdirib.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin təhsil sistemində keyfiyyətin daha da artırılması məqsədilə həyata keçirilir. Bu prosesdə yüksək nəticə göstərmək müəllimlərin öz üzərlərində daim çalışdıqlarının və peşələrinə məsuliyyətlə yanaşdıqlarının göstəricisidir.
Fuad Kərimovun əldə etdiyi uğur həm çalışdığı təhsil müəssisəsi, həm də pedaqoji ictimaiyyət üçün sevindirici hadisə kimi qiymətləndirilir. Onun nümayiş etdirdiyi nəticə gənc müəllimlər üçün də motivasiya mənbəyi hesab olunur.
Bu münasibətlə Fuad müəllimi səmimi qəlbdən təbrik edir, ona gələcək pedaqoji fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı və daha böyük nailiyyətlər arzulayırıq.

Hazırladı: Fuad Biləsuvarlı
Mənbə: Odlar.media