🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Bakının 7 əsas yolunda nəqliyyat sıxlığı yarandı – SİYAHI

Odlar.media xəbər verir ki, paytaxtın bir sıra magistral yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata əsasən, hazırda Bakının aşağıdakı istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib:
1-ci Gölkənarı yolunda – Ziya Bünyadov prospekti istiqamətində;
Bakı–Sumqayıt şosesində – “20 Yanvar” metro stansiyası istiqamətində;
Binəqədi şosesində – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsində – Ziya Bünyadov prospekti istiqamətində;
Tbilisi prospektində – “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqamətində;
Ziya Bünyadov prospektində – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
8 Noyabr prospektində – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində.
NİİM sürücülərə hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmağı, alternativ yollardan istifadə etməyi və yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edir.