🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:33   •   🌡️ Bakı

Cəzaçəkmə müəssisələrində 6 uşaq doğulub – Rəsmi statistika açıqlandı

Odlar.media xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində bu ilin ilk beş ayı ərzində 31 nikah qeydə alınıb.
Bu barədə məlumat “Report” agentliyinə açıqlamada bildirilib. Məlumata görə, 2025-ci il yanvarın 1-dən 2026-cı il iyunun 1-dək olan dövrdə 4 saylı cəzaçəkmə müəssisəsində 6 doğum faktı qeydə alınıb.
Bundan başqa, ötən il ərzində ölkənin cəzaçəkmə müəssisələrində ümumilikdə 113 nikah rəsmiləşdirilib.
Qeyd edək ki, təqdim olunan rəqəmlər penitensiar müəssisələrdə ailə münasibətləri və sosial göstəricilərlə bağlı rəsmi statistikanın bir hissəsidir.