🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Tramp Avropaya xəbərdarlıq etdi: “Biz də onlara eyni cavabı verə bilərik”

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin İranla bağlı mümkün hərbi qarşıdurmada Vaşinqtona dəstək verməkdən imtina etməsini sərt tənqid edib.
Tramp bildirib ki, belə mövqe Avropa müttəfiqləri üçün gələcəkdə ciddi nəticələr doğura bilər və ABŞ da zərurət yaranacağı təqdirdə NATO müttəfiqlərinə yardım göstərməkdən imtina edə bilər.
“Biz NATO-nun güclü üzvü olmuşuq, hətta bir çox baxımdan dominant üzv olmuşuq. İllər ərzində Avropanı müdafiə etmək üçün milyardlarla deyil, trilyonlarla dollar xərcləmişik.
Mən Pitə (Pentaqon rəhbəri Pit Heqset) və digərlərinə deyirəm ki, biz əsasən onları Rusiyadan qorumaq üçün bu qədər vəsait xərcləyirik. Amma sonra kiçik bir məsələdə onların köməyinə ehtiyacımız olanda, onlar ‘Xeyr, kömək etmək istəmirik’ deyirlər. Bu, axmaqlıqdır. Çünki istəsək, biz də onlara eyni cavabı verə bilərik. Ola bilsin ki, elə də edəcəyik”, – deyə Tramp vurğulayıb.