Odlar.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib.
Müraciətdə qeyd olunub ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd yanaşması ciddi nəticələrə səbəb olur. Xüsusilə küləkli hava şəraitində və qeyri-çimərlik ərazilərdə çimməyin həyati təhlükə yaratdığı vurğulanıb.
Bildirilib ki, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə baş verən sudabatma hadisəsi bu riskləri bir daha gündəmə gətirib.
FHN vətəndaşlara dənizə yalnız rəsmi çimərliklərdə daxil olmağı, xilasedicilərin göstərişlərinə ciddi əməl etməyi və əlverişsiz hava şəraitində suya girməməyi tövsiyə edib. Qurum həmçinin təhlükə zamanı 112 qaynar xəttinə müraciət etməyi xatırladıb.
