🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Qara dənizdə Türkiyəyə məxsus yük gəmisi vurulub, ölən və yaralanan var

Odlar.media xəbər verir ki, Ukrayna Hərbi-Dəniz Qüvvələri Rusiyanın Qara dənizdə Türkiyəyə məxsus “VICTRESS” yük gəmisinə pilotsuz uçuş aparatı ilə zərbə endirdiyini açıqlayıb.
Məlumata görə, hücum nəticəsində gəmidə genişmiqyaslı yanğın baş verib. Hadisə zamanı bir nəfər həyatını itirib.
Bildirilib ki, gəmidə olan Misir, Türkiyə və Hindistan vətəndaşları da daxil olmaqla digər 8 nəfər Ukrayna Hərbi-Dəniz Qüvvələri tərəfindən təxliyə edilib.
Qeyd edilib ki, “VICTRESS” yük gəmisi Türkiyə gəmi sahibinə məxsusdur və Panama bayrağı altında fəaliyyət göstərir.
Hadisə ilə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib.