XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:23:43 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Vüqar Bayramov: Büdcədə qeyri-neft sektorunun payı artıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı fiskal diversifikasiya meyllərinin gücləndiyini bildirib.
Deputat parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı qeyd edib ki, ötən il büdcə gəlirlərində qeyri-neft-qaz sektorunun payı artaraq 52 faiz təşkil edib.
Onun sözlərinə görə, qeyri-neft-qaz sektoru üzrə büdcəyə daxilolmalar 20 milyard 356 milyon manat olub. Vergi orqanları vasitəsilə dövlət büdcəsinə 16 milyard 335 milyon manat daxilolma qeydə alınıb ki, bunun da 73,4 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.
Deputat həmçinin bildirib ki, 2025-ci ildə gömrük orqanları büdcəyə 6 milyard 369 milyon manat ödəyib və bu sahədə struktur dəyişikliklər iqtisadi baxımdan daha geniş transformasiyanın göstəricisidir.

Etiketlər: