🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

AZAL Bakı–Naxçıvan reyslərini ləğv edib

Odlar.media xəbər verir ki, Azərbaycan Hava Yolları Naxçıvan hava limanında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Bakı–Naxçıvan istiqamətində planlaşdırılan bəzi reysləri ləğv edib.
Aviaşirkətin yaydığı məlumata görə, iyunun 18-nə nəzərdə tutulan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar həyata keçirilməyib.
Bildirilib ki, sərnişinlərə uçuşlarla bağlı mümkün dəyişikliklər barədə əlavə məlumat təqdim olunacaq. Hava şəraiti normallaşdıqdan sonra reyslər yenidən ştat rejimində icra ediləcək.
AZAL vurğulayıb ki, bütün qərarlar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə, beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə qəbul edilir.