🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

ABŞ İran limanlarına tətbiq etdiyi dəniz blokadasını dayandırdığını açıqlayıb

M
Odlar.media xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İrana qarşı tətbiq edilən dəniz blokadasının dayandırıldığını açıqlayıb.
Qurumun yaydığı bəyanata görə, ABŞ Prezidenti tərəfindən verilən göstərişə uyğun olaraq İran limanlarına daxil olan və ya limanlardan çıxan gəmilərə müdaxilə dayandırılıb.
Bildirilib ki, ABŞ hərbi qüvvələri artıq Fars körfəzi və Oman körfəzi vasitəsilə İran limanlarına gedən və ya həmin limanlardan çıxan dəniz nəqliyyatının hərəkətinə mane olmur. Bununla yanaşı, hərbi blokadanın tətbiqi ilə bağlı bütün əməliyyatlar dayandırılıb.
CENTCOM-un məlumatına əsasən, ABŞ hərbi gəmiləri əldə olunmuş razılaşmaların icrasına nəzarət məqsədilə bölgədə fəaliyyətini davam etdirəcək. Qeyd olunub ki, onların əsas vəzifəsi razılaşmanın şərtlərinə əməl olunmasına nəzarət etmək və onun icrasını izləməkdir.