🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:48   •   🌡️ Bakı

Bakıda bir sıra prospekt və küçələrdə nəqliyyat sıxlığı müşahidə olunur

Odlar.media xəbər verir ki, Bakıda bir neçə əsas küçə və prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata əsasən, hazırda aşağıdakı istiqamətlərdə yollarda hərəkət intensivliyi və sıxlıq müşahidə olunur:
Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər olan hissədə;
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyası istiqamətindən mərkəzə doğru;
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər olan hissədə;
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində.
Sürücülərə yollarda ehtiyatlı olmaları və alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.