Sosial ADSEA-dan su ehtiyatları ilə bağlı xəbərdarlıq – quyuların istifadəsinə icazə qaydaları açıqlanıb 18 İyun 2026 • 06:45 • Odlar MEDİA • 👁 12 baxış Mətn: A− A A+ Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt Bağlantını kopyala Başlığı kopyala Çap et Odlar.media xəbər verir ki, Azərbaycanda artezian və subartezian quyularından istifadə ilə bağlı yeni qaydalar və xəbərdarlıq ictimaiyyətə çatdırılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin məlumatına əsasən, yeraltı su mənbələri hesab edilən artezian və subartezian quyularından istifadə yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müraciəti əsasında icazə ilə həyata keçirilə bilər. Qurum bildirir ki, bu tənzimləmələr Azərbaycan Respublikasının Su Məcəlləsinin tələblərinə uyğun olaraq tətbiq edilir və məqsəd su ehtiyatlarının daha səmərəli idarə olunmasıdır. Eyni zamanda, suyun istifadəsinə görə müəyyən olunan rüsumların simvolik xarakter daşıdığı qeyd olunub. Məlumata görə, əsas məqsəd su obyektlərindən istifadə zamanı uçot və hesabatlılığın düzgün aparılması, ehtiyatların ədalətli bölgüsü və qanunsuz istifadənin qarşısının alınmasıdır. Həmçinin, bu qaydaların su ehtiyatlarının çirklənməsinin qarşısının alınmasına da xidmət etdiyi vurğulanır. REKLAMPR məqalənizi Odlar MEDİA-da yerləşdirinƏTRAFLI BAX →