🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:47   •   🌡️ Bakı

Ölkə üzrə faktiki hava açıqlanıb: bəzi rayonlarda intensiv yağıntı və şimşək müşahidə olunur

Odlar.media xəbər verir ki, iyunun 15-i saat 10:00-a olan faktiki hava şəraiti Milli Hidrometeorologiya Xidməti tərəfindən açıqlanıb.
Məlumata görə, ölkə ərazisinin bir sıra bölgələrində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı ərazilərdə isə yağıntılar intensiv xarakter daşıyır.
Düşən yağıntının miqdarı Tərtərdə 20 mm, Zərdabda 18 mm, Gədəbəydə 16 mm, Bərdə və Biləsuvarda 15 mm, Cəlilabadda 12 mm, Ağdamda 13 mm, Şahbuzda 11 mm, Qobustanda 10 mm, Şəkidə 8 mm olmaqla müxtəlif bölgələrdə qeydə alınıb. Digər rayonlarda isə yağıntı 1–7 mm aralığında dəyişib.
İyunun 14-də bəzi ərazilərdə dolu hadisəsi də qeydə alınıb. Qubadlı rayonunun Qazyan kəndinə diametri 20 mm olan dolu düşüb.
Eyni zamanda küləkli hava şəraiti müşahidə olunub. Şimal-qərb küləyinin maksimal sürəti Zaqatalada 23 m/s, Cəfərxanda 20 m/s, Sabirabad və Beyləqanda 16 m/s-ə qədər güclənib.
Bir sıra rayonlarda, xüsusilə Göyçay və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Maksimal temperatur isə Bakıda və Abşeron yarımadasında 33°C, Naxçıvan MR-da 30°C, Aran bölgəsində 32°C, dağlıq rayonlarda isə 23°C-yə qədər isti olub.