🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Həyətyanı sahələrdə zərərvericilərə qarşı təbii üsullar açıqlanıb

Odlar.media xəbər verir ki, həyətyanı sahələri ağcaqanad, gənə və digər zərərvericilərdən qorumağın təbii üsulları açıqlanıb.
Mütəxəssislərin və bağbanların tövsiyəsinə görə, kimyəvi vasitələr əvəzinə müəyyən bitkilərin əkilməsi həşəratların ərazidən uzaqlaşmasına kömək edə bilər.
Qeyd olunur ki, ən effektiv bitkilərdən biri lavandadır. Güclü qoxusu ilə tanınan lavanda ağcaqanad, milçək və gənələrin uzaqlaşdırılmasında təsirli hesab edilir. Mütəxəssislər bu bitkinin günəşli sahələrdə və giriş hissələrində əkilməsini məsləhət görürlər.
Eyni zamanda nanə və reyhan da təbii qoruyucu vasitə kimi göstərilir. Nanənin kəskin qoxusu ağcaqanad, qarışqa və bəzi gəmiriciləri uzaqlaşdırır, reyhan isə efir yağları sayəsində milçəklərə qarşı effektli sayılır.
Tərəvəz sahələrində isə məxməri çiçəyin əkilməsi tövsiyə olunur. Bu bitki pomidor və bibər kimi məhsullara zərər verən həşəratların qarşısını almaqda faydalı hesab edilir.
Bundan əlavə, rozmarinin də zərərvericilərə qarşı təsirli olduğu bildirilir. Onun tüstüsü xüsusilə manqal zamanı həşəratların uzaqlaşmasına kömək edir.