Odlar.media xəbər verir ki, ABŞ-ın ştatında paraşütçüləri daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 12 nəfərin hamısı həyatını itirib.
Məlumata görə, hadisə iyunun 14-də səhər saatlarında Missurinin şəhəri yaxınlığında baş verib. Yerli hava limanından havaya qalxan təyyarədə 11 paraşütçü və 1 pilot olub.
Qəza ilə bağlı məlumatı telekanalının yerli bölməsi yayıb. Bildirilib ki, təyyarə qalxdıqdan qısa müddət sonra kursunu dəyişərək magistral yolun yaxınlığında yerə çırpılıb.
Hadisənin səbəbləri hələlik müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.
