🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Arıqlamağa nə mane olur? – Mütəxəssislər 4 əsas səbəbi açıqlayıb

Odlar.media xəbər verir ki, arıqlamaqda çətinlik çəkən insanların bir qismində problemin əsas səbəbi yavaş metabolizm ola bilər.
Mütəxəssislərin sözlərinə görə, yavaş metabolizm zamanı orqanizm qəbul edilən kaloriləri enerji istehsalına sərf etmək əvəzinə daha çox yağ şəklində toplamağa meylli olur. Bu isə çəki itirmə prosesini çətinləşdirir.
Yavaş metabolizmin əsas əlamətləri arasında daim üşümə hissi, quru dəri, saç tökülməsi və gün ərzində davamlı yorğunluq yer alır. Bildirilir ki, bədənin enerji istehsalı zəiflədikdə qan dövranı da yavaşıyır və bu, xüsusilə əl-ayaqların tez soyumasına səbəb olur.
Mütəxəssislər qeyd edirlər ki, dərinin quruması və saç tökülməsi də orqanizmdə qida maddələrinin və qan dövranının lazımi səviyyədə olmaması ilə əlaqəli ola bilər. Həmçinin səhərlər halsız oyanmaq və günün ikinci yarısında enerjinin kəskin azalması metabolik proseslərin zəifləməsinə işarə edən amillərdən hesab olunur.
Araşdırmalara görə, metabolizmin yavaşlamasına ən çox qeyri-kafi yuxu, uzunmüddətli stress, fiziki aktivliyin azlığı, istirahət çatışmazlığı və balanssız qidalanma səbəb olur.
Mütəxəssislər sağlam çəkiyə nail olmaq üçün düzgün qidalanma, keyfiyyətli yuxu, müntəzəm fiziki fəaliyyət və stressin idarə olunmasının vacibliyini vurğulayırlar.