Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın əldə olunduğunu bəyan edib.
Tramp bu barədə özünün sosial media hesabında paylaşım edərək, İran İslam Respublikası ilə danışıqların uğurla başa çatdığını bildirib.
ABŞ lideri paylaşımında tərəflər arasında əldə olunan razılaşma münasibətilə hər kəsi təbrik edib və Hörmüz boğazının açıq qalacağını vurğulayıb. O, dünya ölkələrinin dəniz nəqliyyatının maneəsiz fəaliyyət göstərməsinin vacibliyini qeyd edərək, “Qoy neft çay kimi axsın” ifadəsini işlədib.
Bundan əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif də ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu açıqlamışdı. Onun sözlərinə görə, Vaşinqton və Tehran bütün istiqamətlər üzrə dərhal və qəti atəşkəs barədə razılığa gəliblər.
Rəsmi qurumlar tərəfindən razılaşmanın detalları ilə bağlı əlavə məlumatın verilməsi gözlənilir.
