XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:13:43 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Oğuzda avtomobil ağaca çırpılıb: 4 nəfər xəsarət alıb Writing

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə səhər saat 06:00 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər Oğuz rayon sakini Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb.
Hazırda yaralılara ilkin tibbi yardım göstərilir. Onların şəxsiyyətlərinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Etiketlər: