🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:49   •   🌡️ Bakı

Azərbaycanın Gürcüstandakı keçmiş səfiri Dursun Həsənov vəfat edib

Odlar.media xəbər verir ki, Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov dünyasını dəyişib.

Məlumata görə, diplomat Bakıda yaşadığı evdə vəfat edib. Onun ürək çatışmazlığından (infarkt) dünyasını dəyişdiyi bildirilir.

Dursun Həsənovla vida mərasimi bu gün saat 11:00-da Təzə Pir məscidində keçiriləcək. Mərhum Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Dursun Həsənov əslən Gürcüstanın Marneuli rayonunun Algeti kəndindəndir. O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.