XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:14:35 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Lavrov: Ermənistanın KTMT qarşısında borcu ilə bağlı tədbirlər müzakirə olunur

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqlarını uzun müddətdir ödəməməsi ilə bağlı təşkilat daxilində nizamnaməyə uyğun tədbirlərin tətbiqi müzakirə edilir.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
Lavrov qeyd edib ki, Ermənistan artıq iki ildən çoxdur KTMT büdcəsi qarşısında öhdəliklərini yerinə yetirmir və bu məsələ təşkilat daxilində ciddi müzakirə mövzusuna çevrilib. Onun sözlərinə görə, KTMT nizamnaməsində bu cür hallara qarşı müəyyən mexanizmlər nəzərdə tutulub və müvafiq maddələrin tətbiqi imkanları dəyərləndirilir.
Məlumata görə, təşkilat qaydalarına əsasən üzv dövlət iki il ərzində üzvlük haqqını ödəmədikdə onun səsvermə hüququnun məhdudlaşdırılması, kvota üzrə vəzifələrə namizəd irəli sürmək imkanının dayandırılması və digər sanksiyalar tətbiq edilə bilər. Həmçinin, üzv dövlət öhdəliklərini yerinə yetirmədikdə onun təşkilatdakı fəaliyyəti dayandırıla və ya üzvlüyünə xitam verilə bilər.

Etiketlər: