🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:47   •   🌡️ Bakı

Azərbaycanda sosial ödənişlərdə yeni imkan: vətəndaş bankını özü seçə biləcək

Odlar.media xəbər verir ki, Azərbaycanda əməkhaqqı, pensiya və sosial ödənişlərin vətəndaşların istədiyi bank vasitəsilə alınması istiqamətində yeni model hazırlanır.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində çıxış edərək layihənin mərhələli şəkildə tətbiq olunacağını bildirib.
Onun sözlərinə görə, yeni yanaşma məcburi xarakter daşımır və vətəndaşlara bank seçimi azadlığı verir. İlkin mərhələdə əməkhaqqı ödənişlərinin, daha sonra isə pensiya və sosial müavinətlərin Ani Ödənişlər Sistemi üzərindən həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edilir ki, bu model banklar arasında rəqabəti gücləndirməklə yanaşı, vətəndaşlara daha geniş xidmət paketləri və nağdsız ödənişlər üzrə əlavə üstünlüklər yarada bilər.