🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Filippin yaxınlığında 7,8 bal gücündə güclü zəlzələ və sunami xəbərdarlıqları yayıldı

Odlar.media xəbər verir ki, Filippinlərə yaxın Çelebes dənizi ərazisində güclü zəlzələ qeydə alınıb.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin məlumatına əsasən, yeraltı təkan Bakı vaxtı ilə saat 03:38-də baş verib. Zəlzələnin episentri Mindanao adası ərazisində yerləşən General Santos şəhəridən təxminən 44 kilometr cənub-qərbdə qeydə alınıb. Seysmik hadisə intensivliyinə görə “fəlakət” səviyyəsində qiymətləndirilib.

United States Geological Survey zəlzələnin maqnitudasını 7,8 bal, ocağın dərinliyini isə 35 kilometr olaraq açıqlayıb.

Yerli hakimiyyət orqanları hələlik insan tələfatı və ya xəsarət alanlar barədə rəsmi məlumat verməyib.

Filippin Prezidenti Ferdinand Marcos Jr hadisədən sonra Mindanaonun bəzi bölgələrində tədrisin müvəqqəti dayandırılması barədə göstəriş verib.

Zəlzələdən sonra bir sıra bölgələr üçün 1 metrə qədər sunami xəbərdarlığı elan olunub. Eyni zamanda Yaponiya sahillərində də təhlükə siqnalları verilib və on minlərlə sakinə təxliyə tövsiyə olunub.