🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:48   •   🌡️ Bakı

Ukrayna Rusiyanın Leninqrad vilayətinə PUA hücumu həyata keçirib

Odlar.media xəbər verir ki, Ukrayna Rusiyanın Leninqrad vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib.
Məlumatı vilayətin qubernatoru Aleksandr Drozdenko açıqlayıb. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri bölgədə həyata keçirilən hücum zamanı 141 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Qubernator bildirib ki, döyüş əməliyyatları davam edir və bir sıra ərazilərdə dağıntılar qeydə alınıb. Məlumata əsasən, Leninqrad vilayətinin Lujski, Volosovski və Lomonosovski rayonları hücumun təsirlərinə məruz qalan ərazilər sırasındadır.
Hadisə nəticəsində insan tələfatı və yaralananlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Hücumun nəticələrinin aradan qaldırılması və vəziyyətin qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.