Odlar.media xəbər verir ki, ABŞ ordusu may ayında Hörmüz boğazından 100-dən çox ticarət gəmisinin təhlükəsiz keçidinə dəstək göstərib.
Report-un məlumatına görə, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən yazıb.
Məlumata əsasən, ABŞ və İran arasında gərginliyi azaltmağa yönəlmiş danışıqların nəticəsiz qalması fonunda Hörmüz boğazı ticarət gəmiləri üçün riskli su yolu olaraq qalır.
Qeyd edilir ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı bu marşrutdan keçən təxminən 70 gəmiyə yardım göstərdiyini bildirmişdi. Həmçinin bəzi gəmilərin təhlükəsizlik məqsədilə keçid zamanı transponderlərini söndürdüyü də qeyd olunur.
Məlumatda vurğulanır ki, Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan ən həssas dəniz keçidlərindən biridir.
