🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:10   •   🌡️ Bakı

İsveçrə antidron sistemlərinin alınmasını sürətləndirir – hibrid təhdidlər artır

Odlar.media xəbər verir ki, İsveçrə ordusu hibrid təhdidlərin artması fonunda pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə sistemlərinin alınması prosesini sürətləndirir.
Bloomberg-in məlumatına görə, bu barədə İsveçrə Baş Qərargah rəisi, general-leytenant Benedikt Roos İsveçrə İqtisadi Forumu çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son dövrlərdə həm mülki, həm də hərbi obyektlər üzərində hava məkanının pozulması halları artmaqdadır.
Roos qeyd edib ki, yeni antidron sistemləri ilk dəfə iyunun ortalarında Fransada keçiriləcək G7 sammitinin təhlükəsizliyinin təmin olunması zamanı real şəraitdə sınaqdan keçiriləcək.
“Ordunun müdafiəsini təmin etmək üçün bu sistemləri mümkün qədər tez əldə etməliyik”, – deyə o vurğulayıb.