🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:20   •   🌡️ Bakı

İsrailin Livana son hava hücumlarında ölənlərin sayı 21-ə çatıb

Odlar.media xəbər verir ki, İsrailin son sutka ərzində Livanın müxtəlif bölgələrinə həyata keçirdiyi hava hücumları nəticəsində həyatını itirənlərin sayı 21 nəfərə yüksəlib.
Modern.az-ın yaydığı məlumata görə, Livanın NNA xəbər agentliyi bildirib ki, İsrailə məxsus pilotsuz uçuş aparatı Mərvaniyyə şəhərində hərəkətdə olan motosikleti hədəfə alıb. Nəticədə 2 nəfər ölüb.
Məlumata əsasən, Zibdin şəhərinə endirilən hava zərbəsi zamanı biri tibb işçisi olmaqla 4 nəfər həlak olub.
Aba şəhərində həyata keçirilən hücum nəticəsində isə iki suriyalı uşaq həyatını itirib, onların atası yaralanıb.
Bundan əlavə, İsrail ordusunun Livanın cənubunda yerləşən müxtəlif yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində daha 13 nəfər ölüb.
Beləliklə, son hücumlar nəticəsində Livanda ölənlərin ümumi sayı 21 nəfərə çatıb.