Evdə ən çox elektrik sərf edən cihaz açıqlandı: siyahıya soyuducu başçılıq edir
Odlar.media xəbər verir ki, ev təsərrüfatlarında elektrik enerjisi sərfiyyatı ilə bağlı maraqlı nəticələr açıqlanıb.
Demokrat.az-ın məlumatına görə, beynəlxalq energetika qurumlarının hesabatı evdə ən çox elektrik xərcləyən cihazın soyuducu olduğunu ortaya qoyub. İlboyu fasiləsiz işləyən soyuducular ümumi elektrik sərfiyyatının təxminən 25 faizini təşkil edir.
Məlumata əsasən, soyuducular modelindən asılı olaraq ildə orta hesabla 200–500 kilovat-saat enerji sərf edir. Siyahıda ikinci yeri dondurucular tutur; onların enerji sərfiyyatı da il ərzində 100–500 kilovat-saat arasında dəyişir.
Ən yüksək enerji sərfiyyatı isə elektrik qızdırıcılarına aiddir — bu cihazlar ildə orta hesabla 3800 kilovat-saat enerji istifadə edir.
Bundan başqa, paltaryuyan, qabyuyan və paltarqurudan maşınlar da müəyyən qədər enerji sərf edir. Hesabata görə, internet modemləri də günboyu işlədiyi üçün ildə təxminən 165 kilovat-saat enerji istifadə edir və bu göstərici bəzi mətbəx cihazlarını da üstələyir.
Ekspertlər enerji qənaəti üçün cihazların “Eco” rejimində işlədilməsini, istifadə olunmayan cihazların isə şəbəkədən tam ayrılmasını tövsiyə edirlər.
