🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:30   •   🌡️ Bakı

Erməni heykəltəraş: “Ermənistanın taleyi həll olunur, xalq Rusiyanın təsirindən uzaqlaşmaq istəyir”

Odlar.media xəbər verir ki, erməni heykəltəraş Vigen Avetis Ermənistanın qarşıdakı siyasi proseslərlə bağlı kəskin bəyanatla çıxış edib.
Onun sözlərinə görə, yaxın günlərdə Ermənistanın gələcəyi baxımından həlledici qərarlar veriləcək və ölkə ciddi siyasi qarşıdurma ilə üz-üzədir.
V.Avetis iddia edib ki, Rusiya Ermənistana qarşı təzyiq siyasəti yürüdür və Rusiyada yaşayan ermənilər arasında Baş nazir Nikol Paşinyan barədə mənfi rəy formalaşdırılıb.
“Onlar ölkəni məhv etmək üçün zombilər kimi bir yerə toplaşıblar”, – deyə o bildirib.
Heykəltəraş hesab edir ki, erməni cəmiyyəti artıq Rusiyanın təsiri altında yaşamaq istəmir və qarşıdakı parlament seçkilərində ölkənin müstəqil kursuna dəstək verəcək.
V.Avetis qeyd edib ki, 2018-ci ildə Ermənistanda baş verən siyasi dəyişikliklər nəticəsində ölkə Serj Sərkisyan və Robert Köçəryan dövrünün idarəetməsindən uzaqlaşıb. Onun fikrincə, Robert Köçəryan yenidən siyasi təsir qazanmağa çalışsa da, erməni xalqı buna imkan verməyəcək.
“Bütün erməni xalqı Köçəryanı lənətləyir, qarşıdakı qüvvə isə onu baş nazir etmək istəyir. Amma erməni xalqı buna imkan verməyəcək”, – deyə V.Avetis vurğulayıb.