Aparıcı Aytəkin Mərdanova iki aya 8 kiloqram arıqlayıb – dietoloq dəstəyi ilə
Odlar.media xəbər verir ki, aparıcı Aytəkin Mərdanova arıqlaması ilə bağlı açıqlama verib.
O, bu barədə “Qonaqcanlı” verilişində danışaraq artıq çəkidən dietoloq məsləhəti ilə xilas olduğunu bildirib.
Aparıcının sözlərinə görə, qısa müddətdə nəzərəçarpacaq nəticə əldə edib:
“İki aya 8 kq arıqlamışam. Hər dəfə efirə çıxıram, görənlər deyir ki, nə gözəl çəki atmısan”, – deyə o qeyd edib.
Aytəkin Mərdanova əlavə edib ki, düzgün qidalanma və peşəkar nəzarət nəticəsində istədiyi formaya düşə bilib.
